Füzuli aeroportunun inşası xəritədə - 1 ayda dəyişiklik
2021-02-16 17:05:00
Füzuli aeroportunun inşası xəritədə - 1 ayda dəyişiklik

İşğaldan azad olunan Füzuli rayonunda yeni beynəlxalq hava limanının təməli bu il yanvarın 14-də Prezident İlham Əliyev tərəfindən qoyulub. 

Şəhərdə işğaldan öncə yerli əhəmiyyətli hava limanı mövcud idi. Onun uçuş zolağı 1600 metr olub. Yeni hava limanı həmin köhnə aeroportun yerində inşa edilir.

Plana əsasən ilin sonuna kimi uçuş-enmə zolağı, eləcə də perron istifadəyə veriləcək. Yeni hava limanının uçuş-enmə zolağının uzunluğu 3 000 metr olacaq.

Hava limanı aerovağzal binası, 3000x45 metr ölçüdə uçuş enmə zolağı, peron, yönəldici yol, uçuş enmə zolağının işıq siqnal sistemləri, köməkçi binalardan ibarət olacaq. 

ElMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook