Koronavirusdan sağalanlarda pis qoxu hissinin səbəbləri - FactCheck
2021-04-26 02:28:00
Koronavirusdan sağalanlarda pis qoxu hissinin səbəbləri - FactCheck

Koronavirusa tutulanlarda əsas əlamətlərdən biri də iy və dadbilmənin itməsidir. 

Bu simptomlar xəstə sağaldıqdan sonra yenidən qayıdır. Lakin bir çoxlarında sağaldıqdan sonra da iy və dad məsələsində problemlər müşahidə olunur. Bu da əsasən onların pis iy hiss etməsi və qidalardan dözülməz dad gəlməsidir. Bununla bağlı Rufana Seyidli adlı bloger video paylaşıb. O, COVİD-19 xəstəliyindən sağaldıqdan sonra pis qoxu hiss etdiyini deyir. 



Maraqlıdır ki, bu cür əlamətləri izləyicilər də hiss etdiklərini yazıblar. Hətta bəziləri xəstəliyi 6 ay bundan əvvəl keçirsələr də ara-sıra həmin qoxunu hiss edirlər. Çoxları bunun bataqlıq və ya çürüntü iyinə oxşadığını deyir. 






Koronavirusun bu cür əlaməti ilk dəfə Böyük Britaniyada üzə çıxıb. Pasiyentlər dözülməz balıq iyi hiss etdiklərini və qidaların balıq və ya kükürd qoxuduğunu deyiblər. Britaniyanın Otolarinqoloqar Assosiasiyasının prezidenti Nirmal Kumar bildirib ki, koronavirus iybilmə funksiyasında pozuntular yarada bilir və insanın iybilməsi təhrif olunur. Buna elmdə parosmiya deyilir. Professorun sözlərinə görə, bu əlamət uzunmüddətli ola bilər. Əsasən gənclərdə rast gəlinir. Bu ölkədə də 6 ay ərzində belə əlamətlə yaşayan şəxslər var. Mütəxəssis deyir ki, normal hala qayıtmaq üçün hər bir qoxunu, məsələn, kofeni 20 saniyə ərzində iyləmək lazımdır. Bu cür məşqlərlə iybilmə funksiyasını normala qaytarmaq olar. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook