Martın 22-də vəfat edən əsgər Masallıda dəfn edilib
2021-03-30 18:06:00
Martın 22-də vəfat edən əsgər Masallıda dəfn edilib

Azərbaycan Ordusunun hərbi qulluqçusu Zöhrabov İlkin Ramin oğlu vəfat edib.

Hadisə martın 22-də baş verib. İ.Zöhrabov Masallı rayonunun Ərkivan kənd qəbiristanlığında dəfn edilib. Faktla bağlı araşdırma aparılır.
Prezidentin 2020-ci il dekabrın 20-də imzaladığı sərəncama əsasən, əsgər Zöhrabov İlkin Ramin oğlu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Bəzi mənbələr onun güllə yarasından öldüyünü bildirsə də rəsmi olaraq ölüm səbəbi hələ ki açıqlanmayıb. 

ElMedia
 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook