Maşın bazarında real vəziyyət - <span style="color:#ff0000">Qiymətlərdə artım var</span>
2021-02-14 14:36:00
Maşın bazarında real vəziyyət - Qiymətlərdə artım var

Bazarda işlənmiş maşınların qiymətlərində artım var. 

Konkret olaraq Sumqayıt yaxınlığındakı bazarda sovet və Rusiya avtomobillərinin qiymətləri artıb. Bazardan canlı yayım edən fəallar qiymətləri birbaşa satıcıların özlərindən soruşublar. Məsələn, 1995-ci ilin VAZ 2106 markası 6700 manata satılıb. QAZ-31 6 min manata təklif edilir. 2004-cü ilin Tofaş maşını 5500 manata, 1999-cu ilin Mercedes E 2,2 maşını 13 minə, 1998-ci ilin VAZ 2106-sı 5500 manata, 2008-ci ilin Opel Astra modeli 10 600 manata, VAZ 2104 markası 8 min manata, 2011-ci ilin VAZ 2107 avtoobili 7600 manata, 1998-ci ilin Mercedes C modeli 12 500 manata təklif edilib.

Bu bazara əsasən sovet və Rusiya istehsalı olan maşınlar çıxarılır. Burada Rusiya maşınları artıq bir sıra xarici avtomobillərin də qiymətini ötüb və ya ona bərabərləşib. Belə ki, 2012-ci ilin VAZ 2107 maşını 9500 manata, 2008-ci ilin Chevrolet Lacetti maşını isə 10 min manata təklif edilir. Alıcılar hazırda əsasən qiyməti 6-8 min arası dəyişən Rusiya istehsalı olan avtomobillərə, Mercedes, Opel kimi modellərə maraq göstərirlər.  

Bunun əsasında qiymətləri modellərə görə formalaşdırmaq mümkündür. 

VAZ 2106 - 4000-7000 manat

VAZ 2107 - 5000-10 000 manat

Mercedes E klass - 11 000 - 15 000 manat

Merdeces C klass - 9000 - 12 000 manat

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook