
“Azəriqaz” istifadədə olan təbii qaz sayğaclarının xüsusiyyətlərini açıqlayıb.
►Öncədən ödəniş tipli sayğacın (başqa cür “smart-kart” adlandırılan) və mexaniki-elektron sayğacın qazın ölçülməsi prinsipi və metodunda heç bir fərq yoxdur, ölçmə prosesi eynidir.
►Hər ikisinin daxili mexaniki hissələrinin quruluşu eynidir
►Smart sayğaclarda abonent istehlak edəcəyi qazın dəyərini əvvəlcədən karta yükləyir və bəlli həcmdə qaz həcmini öncədən alır, sonra isə alınan həcmdə qazı istifadə edir.
►Mexaniki-elektron sayğacda isə abonent təbii qazdan öncədən istifadə edir və istifadə etdiyi qazın dəyərini sonradan ödəyir.
►Smart sayğacda ödəniş edilməsi karta məbləği yükləməklə terminallar vasitəsi ilə mümkün olur
►Mexaniki-elektron sayğacda isə ödəniş 30 gün müddətində terminallar, bank və internet resursları, bank kartı, mobil tədbiqlər vasitəsi ilə həyata keçirilir.
►Smart sayğacda vəsait bitdikdə qaz təchizatı sayğacın daxilindəki klapan vasitəsilə günün hər hansı bir vaxtında avtomatik rejimdə dayandırılır
►Adi mexaniki-elektron sayğacda isə qaz təchizatı dayandırılmır.
►Mexaniki-elektron sayğacın üzərinə kompakt ötürücü qurğu (sensor) quraşdırıldıqda isə abonent tərəfindən 30 gün müddətində qazın dəyəri ödənilməzsə, qaz təchizatı həmin qurğu vasitəsi ilə dayandırıla bilir.
►Smart sayğacla müqayisədə mexaniki-elektron sayğac vasitəsiilə hansısa bir zaman kəsiyində istifadə edilmiş qazın həcmini abonent asan müəyyən edə bilir.
ElMedia
- Teqlər
- Qaz sayğacı
-
2022-04-28 13:05:00
-
2022-04-26 13:25:00
-
2022-04-25 12:35:00
-
2022-04-24 03:15:00
-
2022-04-24 02:25:00
-
2022-04-24 02:10:00
-
2022-04-22 11:05:00
-
2022-04-18 15:30:00
-
2022-04-18 15:10:00
-
2022-04-18 15:00:00