Nazir intiharla bağlı yazdı, istifadəçilər problemlərdən danışdılar
2021-03-10 01:25:00
Nazir intiharla bağlı yazdı, istifadəçilər problemlərdən danışdılar

Təhsil naziri Emin Əmrullayev Lökbatanda iki məktəbli qızın binadan özlərini ataraq intihar etməsi ilə bağlı Fb səhifəsində post paylaşıb. 

O yazıb: "Abşeron rayonu, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinfinin iki şagirdinin intiharı bizi dərindən kədərləndirir. Ailə və yaxınlarına səbr diləyirik. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. Allah rəhmət eləsin!"

İstifadəçilər də problemlə əlaqədar fikirlərini bölüşüblər. Onların fikrincə, məktəblərdə psixoloq çatışmazlığının aradan qaldırılmasına, psixoloqların işinin təkmilləşdirilməsinə ehtiyac var. Bəziləri isə bunu məktəblərin qapalı olması, real ünsiyyət çatışmazlığı ilə əlaqələndirib. 




ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook