Peqovun Donetskdən feyki - Partlayış videoya düşüb - <span style="color:#ff0000">FactCheck</span>
2022-02-19 14:24:00
Peqovun Donetskdən feyki - Partlayış videoya düşüb - FactCheck

İkinci Qarabağ müharibəsində feyk informasiyaları ilə tanınan Semyon Peqov Ukraynanın Donbas və Luqansk vilayətlərindən feyk yaymağa başlayıb. 

War Gonzo-nun Telegram səhifəsində paylaşılan videoda guya mərmi partlayışının görüntüləri əks olunub. Avtomobildəki kamera ilə çəkilən videoda qarşıda partlayış və qığılcımlar peyda olur. Sürücü avtomobili geri çəkir və yenə də qığılcımlar görünür.

Partlayışın xarakterindən də görünür elektrik qutusunda qısaqapanmadan yaranıb. Sonrakı qığılcımlar da bunu bir daha sübut edir. Bundan əlavə, partlayış zamanı zərbə dalğası və torpaq qırıntıları gözə dəymir. Yalnız qara tüstü görünür. 

Semyon Peqov deyir ki, hadisə Donetsk şəhərininn Stratonavtov küçəsində baş verib. Lakin bu küçənin Google Eart görüntülərindən aydın olur ki, video olan küçə həmin küçə deyil. Çünki Stratonavtlar küçəsi ikizolaqlı olduğu halda, videodakı küçə birzolaqlıdır. 

 

Peqov belə videolar yaymaqla Donetskdə vəziyyətin gərgin olması təsəvvürü yaratmağa çalışır. Bu videonun harada çəkildiyi dəqiq məlum deyil. Qeyd edilən küçənin videodakı ilə uyğunsuzluğu, partlayışın mərmi partlayışı ilə müqayisədə qat-qat zəif olması, qığılcımlar onun feyk xəbər kimi ortaya atıldığına işarə edir. 

ElMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook