Peyvənd kartını SŞ-də paylaşmayın
2021-02-03 02:20:00
Peyvənd kartını SŞ-də paylaşmayın

COVİD-19 virusuna qarşı vurulan peyvəndlə bağlı kartı sosial şəbəkələrdə paylaşmayın. 

Belə çağırış Böyük Britaniyada səsləndirilib. Səbəb isə onlardan yalançı kartların düzəldilməsinə şərait yaratmaqdır. Mütəxəssislər bildirirlər ki, artıq paylaşılan peyvənd kartları əsasında qəlp kartlar düzəldilib və elə sosial şəbəkələrdə pulla təklif edilir. 

Müşahidələrimiz göstərdi ki, Azərbaycanda da peyvənd olunanlara belə kartlar verilir və onlar da həvəslə öz SŞ profillərində paylaşırlar. 

Kartda birinci və ikinci dozaların vaxtları, tarixlər və digər məlumatlar əks olunur. Azərbaycanda peyvəndləmə prosesinin ilkin mərhələsində həkimlər və digər risk qrupuna aid peşə sahibləri cəlb edilir. Artıq 65 yaşdan yuxarı şəxslər də peyvənd ala bilərlər. Sonradan isə könüllü şəkildə digər şəxslər də özlərini peyvənd etdirə bilərlər. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook