Qapanmaya etiraz edənlərə Mirşahin Ağayevin cavabı - SŞ-də şərhlər
2021-05-06 14:05:00
Qapanmaya etiraz edənlərə Mirşahin Ağayevin cavabı - SŞ-də şərhlər

Jurnalist Mirşahin Ağayev Ramazan bayramı günlərində tam qapanma tələbi ilə çıxış etməsi sosial şəbəkələri ona qarşı çevirdi. 

Onun Facebook-da "bayram günlərində tam qapanma tələb edirəm" yazması minlərlə insanın onun ünvanına xoşagəlməz şərhlər yazmasına səbəb olub. Onun fikrincə, yalnız sərt və tam qapanma koronavirusun qarşısını ala bilər. 



Sayları az da olsa jurnalistin bu fikrini dəstəkləyənlər də olub. 



Mirşahin Ağayev şərhlərinin birində qapanmaya etiraz edənlərlə də sərt davranmağın və onlarla xəstə kimi davranmağın lazımlı olduğunu qeyd edib. "Kütləvi Məsuliyyəti İnzibati Təsirlə əldə etməliyik. Bir dəfə və birdəfəlik! Başqa yolu yox artıq! Kimlərinsə müqavimətinə isə elə xəstə etirazı tək yanaşmalıyıq. İstəsə də, istəməsə də dərmanını verməliyik, iynəsini vurmalıyıq! Bu qədər!". 



Ona etiraz edənlərin isə sayı minlərlədir. Çoxlarının şərhlərində xoşagəlməz ifadələr işlədildiyi üçün onları işıqlandırmaq istəmirik. Lakin əsas arqument ondan ibarətdir ki, istifadəçilər gündəlik qazanca ehtiyacı olanları düşünməyin zəruri olduğunu bildirirlər. 




Bu gün Operativ Qərargahın brifinqi keçirildi. Mirşahin Ağayev də brifinqdən öncə belə bir tələblə çıxış etmişdi. Lakin brifinqdə qapanma olmayacağı bildirildi. 

Bundan sonra Mirşahin ağayev daha bir status yazaraq fikirlərinə aydınlıq gətirib və yenə də fikrində qaldığını qeyd edib.



ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook