Röya PR menecer imiş - SŞ-də şərhlər
2021-02-05 12:06:00
Röya PR menecer imiş - SŞ-də şərhlər

Ötən axşam müğənni Röya Ayxan peyvənd olunması ilə bağlı xəbər paylaşıb. 

Xəbərdən dərhal sonra media bunun nə qədər düzgün olub olmadığını araşdırıb və Səhiyyə Nazirliyi bildirib ki, indiki mərhələdə yalnız tibb işçiləri vaksin olunur. Röya isə özəl klinikada peyvənd olunub və buna görə məsələ araşdırılmalıdır. 

Bu gün isə Nazirliyin sözçüsü Pərviz Abubəkirov ASAN Radio-ya deyib ki, özəl klinikalara da işçi sayına görə peyvənd verilir. O bildirib ki, özəl klinika ilə əlaqə saxlayıblar və oranın baş həkimi Barat Usubov bildirib ki, Röya Ayxan bir ildən artıqdır burada PR menecer vəzifəsində çalışır. O, klinikanın işçisi olduğu üçün ona peyvənd vurulub. 

Xalq artistinin PR menecer işləməsi isə istifadəçilərdə maraq yaradıb. 

Röyanı müdafiə edənlər də var. Onlar bu məsələdə böyük problem olmadığını deyirlər. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook