Valideynlər məzarların köçürülməsini gözləyirlər
2021-01-28 02:38:00
Valideynlər məzarların köçürülməsini gözləyirlər

Artıq bir neçə gündür sosial mediada şəhid övladlarının məzarlarının yerini dəyişdirmək tələbi ilə çıxış edən valideynlərin etirazlarından bəhs edilir. 

Valideynlər bildirirlər ki, Qaradağ rayonundakı məzarlıqda dəfn edilən şəhid övladlarının məzarları qrunt suları ilə dolub. Şəhidlər Yasamal və Nəsimi rayonlarında yaşayıblar. Valideynlər bu səbəbdən onların məzarlarının Yasamal rayonunda dəfn edilməsini istəyirlər. 

Bu həssas məsələ ilə bağlı minlərlə rəy yazılıb. Hər kəs qurumları bu çağırışa biganə qalmamağa çağırır. Belə həssas məsələ ilə bağlı isə dərhal reaksiya vermək gərəkdir. Prezident İlham Əliyev hərbi hospitalda yaralı əsgərlərlə görüşərkən "sizin hər biriniz, şəhid ailələri mənim birbaşa nəzarətimdə olacaqsınız" demişdi. İndiyədək bununla bağlı böyük sosial dəstək həyata keçirilib və bu proses davam edir. Lakin qurumlar mütləq şəkildə dövlətin imici üçün bu cür vacib məsələdə dərhal reaksiya verməli, məsələnin neqativ müstəviyə keçməyini gözləməməlidirlər. 

Sosial mediada rəylər çox emosionaldır. Aydındır ki, Zəfərdən sonra belə halın olmasını heç kim istəməz. Bundan düşmənlər də bizə qarşı istifadə edə bilər.

  

Yasaml Rayon İcra Hakimiyyətində olan valideynlərə tezliklə məsələnin həll olunacağını deyiblər. 

ElMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook