Vəfat edən şəxslə selfi edib SŞ-də paylaşmaq düzdürmü...
2021-02-22 14:24:00
Vəfat edən şəxslə selfi edib SŞ-də paylaşmaq düzdürmü...

AzTV-nin Xəbərlər verilişinin aparıcısı, baş redaktorun müavini Ruslan Həsənovun vəfat edən anası ilə foto çəkidirib paylaşması istifadəçilərin sərt reaksiyasına səbəb olub. 

Çoxları onu bunu etdiyinə görə qınayıb. Şəkli o, Facebook profilində paylaşıb, amma sonra silib. Buna baxmayaraq, foto sürətlə mediada və sosial şəbəkələrdə yayılıb. 





Bəzi istifadəçilər isə onun şok halında olduğunu və nə etdiyini bilmədiyini yazaraq kiminsə işinə qarışmağın düz olmadığı fikrindədirlər. 


Görünən odur ki, sosial şəbəkələrdən istifadə edənlər hədd məsələsini unudurlar. Layk və şərh qazanmaq, altşüurda buna doğru irəliləmək, hər məqamda toplumdan razılıq, qayğı, gülüş, kədər reaksiyaları almaq istəyi insanları bu cür addımlara vadar edir. İstifadəçilərlə razılaşmaq olar ki, o özündə olmayıb. Amma o, kədərini bu formada paylaşmaqla ən maksimalist forma seçib. Bəlkə də gözlədiyi tamam başqa idi. Amma olan oldu. Çünki unutmaq olmaz ki, sosial şəbəkələr virtual da olsa burada etika və dəyərlərə hörmət məsələsi itmiş sayılmır. Bunu hər bir istifadəçi nəzərə almalı və əməl etməlidir. Əks təqdirdə sosial şəbəkələr inkişaf üçün fürsət yox, şüurların geriləməsi rolunu oynayacaq.     

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook