Ya razılaş, ya da sil - WhatsApp hansı məlumatlarımızı Fb-yə ötürəcək
2021-01-10 23:50:00
Ya razılaş, ya da sil - WhatsApp hansı məlumatlarımızı Fb-yə ötürəcək

Son bir gündə Whatsapp mesencerinin istifadəçilərə aid məlumatların Facebook-a və onun proqramlarına ötürülməsi böyük müzakirələrə səbəb olub. 

Bəs bu nə deməkdir və hansı məlumatlarımız Facebook-a ötürüləcək. 

Whatsapp ötən ilin iyulunda məxfilik şərtləri və siyasəti qaydalarında dəyişiklik olacağını elan etmişdi. Yeni qayda isə o deməkdir ki, əvvəl istifadəçi öz məlumatlarını Facebok-a ötürməyə bilərdi və ona seçim verilirdi. İndi isə yeni qaydalarda belə seçim artıq olmayacaq. Ya qaydaları qəbul edib mesencerdən istifadə edirsən, ya da imtina edərək akkauntunu silirsən. 

Bəs hansı məlumatlardan söhbət gedir?

Əsasən qeydiyyat məlumatları - telefon nömrəsi, ad, xidmətlərlə bağlı tranzaksiyalar, telefonun markası, modeli, İP ünvan və digər məlumatlar.

Ümumən şirkət bunu xidmətləri arasında inteqrasiyanın təmin ediıməsi, xidmətlərin keyfiyyətinin artırılması kimi əsaslandırır. Belə inteqrasiya artıq Facebook və İnstagram arasında həyata keçirilib. Bu iki proqram arasında istifadəçilərin məlumatlarının mübadiləsi artıq çoxdan həyata keçirilir. 

Ekspertlər hesab edirlər ki, belə addım Facebook-u gələcəkdə antimonopoliya ilə bağlı qaldırıla biləcək risklərdən qorumaq üçündür. Yəni məhkəmə Facebook-dan Whatsapp və İnstagramı satmağı tələb edə bilər. Lakin inteqrasiya olunduqda isə bunu etmək mümkün olmayacaq. 

Bundan əlavə Facebook şirkəti Whatsapp mesencerində reklam və satış platformaları yaradır ki, istifadəçi məlumatlarını daxili sistemlərində istifadə edəcək. 

Adi istifadəçilərə gəldikdə isə burada narahatlıq yaradacaq bir əsas yoxdur. Onsuz da Facebook qeydiyyatdan keçən hər kəsin məlumatlarını özündə saxlayır. O ki qaldı yazışmalara, bu məlumatlar üçüncü tərəfə heç cür ötürülə bilməz, çünki yazışmalar ikitərəfli kodlaşdırma ilə mühafizə olunur. 

Qeyd edək ki, yeni qaydalar fevralın 8-dən qüvvəyə minir. Onlarla razılaşmayanlar mesencerdən istifadə edə bilməyəcək. Artıq Türkiyə Prezidenti və Səlcuq Bayraktar Whatsapp-dan imtina edəcəklərini deyiblər. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook