Haqqımızda

ELMedia sosial media agentliyi sosial şəbəkələrdən ən maraqlı, aktual, gündəmdə olan məlumatları, foto və videoları təqdim edir. Bu platformanı sosial mediada trend hesab edilən xəbərləri, ən yaxşı və aktual məlumatları bir yerə toplayaraq sizə çatdırmaq üçün yaratdıq.

Sosial şəbəkələrin yaranması ilə istənilən istifadəçi öz fikirlərini, yaradıcılığını, bacarığını, elmi biliyini, şahidi olduğu xəbərləri paylaşmaq şansı qazanıb. Gün ərzində yalnız Azərbaycan istifadəçiləri yüz minlərlə paylaşım edir və bunların çoxunda orijinal, cəlbedici məlumatlar var. İstər Facebook, istər İnstagram, istər Twitter və digər sosial şəbəkələr – bunların hər biri sosial media strukturunu formalaşdırır. Bu mürəkkəb məkanda və milyardlarla informasiya vahidi arasında maarifləndirici, gülməli, kədərli, kreativ və s. paylaşımlar saysız-hesabsızdır.

Siz özünüzün orijinal, kreativ işlərinizi, hadisələr haqqında məlumatları, foto və videolarınızı bizə göndərə bilərsiniz. Əminik ki, sizin də sosial mediada populyarlıq qazanmağa layiq olan materiallarınız var və onları daha geniş auditoriyaya çatdırmaq üçün sizə bu platformadan istifadə etməyi təklif edirik.