Azərbaycan əsgəri 20 nəfəri son anda ölümdən xilas etdi
2022-04-18 15:10:00
Azərbaycan əsgəri 20 nəfəri son anda ölümdən xilas etdi

Müdafiə Nazirliyinin minaaxtaran hərbiçilərinin peşəkarlığı və sayıqlığı nəticəsində Kəlbəcərin Günəşli kəndində - ətrafında sıx yaşayış evləri olan kənd daxilindəki yolun üzərində tank əleyhinə mina aşkarlanıb və çoxlu sayda insan itkisinin qarşısı alınıb.

Hadisə aprelin 16-da Kəlbəcər sakininin ermənilər tərəfindən dağıdılmış evinə təşkil olunan səfər zamanı baş verib.

Ziyarətdə Kəlbəcər sakinlərindən, dövlət qurumlarının nümayəndələrindən və İTV-nin çəkiliş qrupundan ibarət ümumilikdə 20 nəfər iştirak edirmiş.

Heyəti daşıyan avtobusun yolunun üzərindəki tank əleyhinə minanı qəhrəman minaaxtaran əsgər Mərdalı Aşurov aşkarlayıb.

İlkin araşdırmalarla müəyyən edib ki, tank əleyhinə mina buraya 2020-ci il noyabrın 10-dan 25-nədək olan müddətdə - Kəlbəcərin təhvil verilməsi üçün istənilən əlavə vaxtda evlərinə qayıdacaq dinc əhaliyə qarşı, kütləvi insan tələfatı törətmək məqsədilə basdırılıb.

Əgər bu mina aşkar edilməsə və əraziyə səfər etmiş 20 nəfərlik heyət vaxtında xəbərdar olunmasa idi, onların içərisində olduğu, həmin yolun üzərindən keçmək üçün yaxınlaşan “Kamaz” markalı avtobus mina hadisəsi nəticəsində partlayacaqdı, oradan sağ çıxma ehtimalı çox azdır.

Video yüklənir...




Video

Video yüklənir...

Bizi izləyin

Facebook