ABŞ səfirliyi 45 min dollarlıq elektromobilini nümayiş etdirib
2022-02-18 15:01:00
ABŞ səfirliyi 45 min dollarlıq elektromobilini nümayiş etdirib

ABŞ-ın Azərbaycandakı səfirliyi avtomobil parkına elektriklə işləyən maşın əlavə edib və bununla bağlı özünəməxsus təqdimat keçirib. 

Səfir müavini Maykl Dikkerson yeni avtomobili Azərbaycanın tanınmış müğənnisi Eldar Qasımov ilə birgə “carpool karaoke” üslubunda çəkilmiş videoçarxda təqdim edib. Səfir müavini həm də Azərbaycanca mahnı ifa edib. Bununla səfirlik ekeologiyanın qorunmasına töhvə verilməsində iştirak etdiyini açıqlayıb. 

Maraqlıdır ki, avtomobil ABŞ istehsalı olan Tesla deyil, Cənubi Koreyanın Hyundai şirkətinin İoniq 5 modelidir. Onun başlanğıc qiyməti 45 min dollardır. 

ElMedia 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook