
Ağdamdakı məşhur "Çay Evi"ni erməni işğalçıları tanınmaz hala salıblar.
Qeyd edək ki, Ağdamın simvollarından biri olan "Çay Evi"nin tikilməsi məşhur ağdamlı ziyalı, alim Xudu Məmmədovun ideyasıdır.
“Çay evi” nin yaranmasının maraqlı tarixçəsi var. Günlərin birində üzərində Çin Xalq Respublikasının görüntüsü olan bir jurnal Xudu Məmmədovun diqqətini çəkir. Şəklidə çay evinə oxşar binanın təsviri var imiş. O, bu şəkli ilk növbədə Ağdam RPK-nın o zamankı birinci katibi işləyən, yaxın dostu Sadıq Murtuzayevə göstərməyi qərara alır. Bu məqsədlə Ağdama gələn Xudu müəllim görüşdə belə bir binanın Ağdamda inşa edilməsini dostundan xahiş edir. Şəkil Sadıq müəllimin də xoşuna gəlir. Xahiş öz həllinin çox gözlətmir. Sadıx müəllim rayonun imkanlı təşkilat rəhbərlərinin iştirakı ilə müşavirə keçirir və işi Rəşid müəllimə həvalə edir. Rəşid Məmmədov həmin dövrdə Ağdam Rayon İstehlak Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsində çalışırdı. Həm də tikiləcək bina gələcəkdə onun rəbərlik etdiyi təşkilatın balansına veriləcəkdi. Prosesə rayonun baş memarı Firdövsi İbrahimov da cəlb edilir.
-
2022-04-28 13:05:00
-
2022-04-26 13:25:00
-
2022-04-25 12:35:00
-
2022-04-24 03:15:00
-
2022-04-24 02:25:00
-
2022-04-24 02:10:00
-
2022-04-22 11:05:00
-
2022-04-18 15:30:00
-
2022-04-18 15:10:00
-
2022-04-18 15:00:00