Azad olunan gəmiçilər Nigeriyada Türkiyə səfirliyinə gətirilib
2021-02-13 19:34:00
Azad olunan gəmiçilər Nigeriyada Türkiyə səfirliyinə gətirilib

Dəniz quldurları tərəfindən girov götürülən 15 Türkiyə gəmiçisindən 6 nəfəri Nigeriyanın paytaxtına gətirilib. 

Bu ilin yanvarında "Mosart" yük gəmisinin 15 üzvü Nigeriya sahillərində hücuma məruz qalmışdı. Heyətin azərbaycanlı üzvü Fərman İsmayılov isə öldürülmüşdü. 

Türkiyə dövlətinin səyləri nəticəsində 15 nəfər azad olunub. Onların 6-sı artıq səfirlikdədir. Qalan 9 nəfərin bu axşam ora gətiriləcəyi deyilir.

ElMedia 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook