Azərbaycan xüsusi təyinatlılarını görən rusiyalı jurnalist -  <span style="color:#ff0000">Əzəmətlidirlər</span>
2020-11-27 03:22:00
Azərbaycan xüsusi təyinatlılarını görən rusiyalı jurnalist - Əzəmətlidirlər

Rusiyalı hərbi jurnalist Dmitri İvanov Ağdama səfərində Azərbaycan əsgərləri ilə qarşılaşarkən həyəcan keçirdiyini yazıb. 

Blogger qeyd edir ki, Rusiya sülhməramlıları ilə Ağdama girərkən hər yerdə Azərbaycan əsrəgləri var idi. "Belə qarşılaşmadan bir qədər həyəcanlanıram. Stepanakertdə (Xankəndi - red.) olanda mən onların göndərdiyi mərmiləri görürdüm əsasən. Hər yerdə onlar dayanıb. Maskalarda, kaskalarda. Qara gözləri ilə bizə baxırlar. Çox güman ki, xüsusi təyinatlılardı. Hamısı eyni cüssəlidir. Əllərində Kalaşnikov avtomatları var. Azərbaycan xüsusi təyinatlıları, əlbəttə ki, əzəmətlidirlər". 

Qeyd edək ki, rusiyalı hərbi bloggerlər Azərbaycanla bağlı yazdıqda çox vaxt mənfi çalarlı leksikadan istifadə edirlər. Onlar müharibəni əsasən erməni tərəfdən işıqlandırıblar və buna görə də Azərbaycanın hərbi uğurularını asanlıqla qələmə almırlar. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook