Azərbaycanlılarla svanların davası VİDEO
2021-05-17 01:36:00
Azərbaycanlılarla svanların davası VİDEO

 Gürcüstan Daxili İşlər Nazirliyi bu gün Dmanisi şəhərində azərbaycanlılara qarşı edilən hücum ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, bu gün saat 17:00 radələrində bir qrup svan (gürcü) Dmanisi şəhərində azərbaycanlılara məxsus “Ömər” marketə hücum edib. Hücum zamanı mağaza sahibi Qəşəm Şamilov və mağazanın önündə dayanan yeniyetmələr döyülüb və ciddi xəsarətlər alıb, mağazaya isə ciddi ziyan dəyib. 

Mağaza sahibləri qeyd ediblər ki, gürcülər bundan öncə də bir neçə dəfə mağazaya gələrək, aldıqları məhsulun pulunu verməyəcəklərini deyiblər. Həmçinin, azərbaycanlılara Dmanisidə yer olmadığı ilə bağlı ifadələr də işlədiblər.

ElMedia

 

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook