Bakıda yük maşını 10 metr hündürlükdən aşıb VİDEO
2021-03-17 11:59:00
Bakıda yük maşını 10 metr hündürlükdən aşıb VİDEO

Bakı Dairəvi-1 yolunun Biləcəri enişinə yaxın ərazidə toyuqlar daşıyan yük maşını döngədə 10 metr hündürlükdən aşıb.

Nəticədə sürücü ağır bədən xəsarətləri ilə təcili olaraq xəstəxanaya çatdırılıb.
Qəza nəticəsində deformasiyaya uğtamış yük maşını yolun hərəkət hissəsindən qaldırıcı kran vasitəsi ilə kənarlaşdırılıb. Qəza zamanı yol təsərrüfatına da ziyan dəyib, yol kənarında olan əyri-xətli dəmir tirlər, yol nişanı və məlumatverici lövhə sıradan çıxıb.
Qəzanın fəsadlarının aradan qaldırılması və yol ilə avtonəqliyyat vasitələrinin hərəkətinin təmin olunması üçün əraziyə agentliyin canlı qüvvəsi cəlb olunub.
Xoşbəxtlikdən qəza zamanı yük maşınının aşdığı hissədə başqa avtomobillər olmayıb.

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook