Bakı-Sumqayıt yolunda təmirin son vəziyyəti GÖRÜNTÜLƏR
2021-01-28 13:00:00
Bakı-Sumqayıt yolunda təmirin son vəziyyəti GÖRÜNTÜLƏR

Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Sumqayıt yolundakı təmir işləri ilə bağlı görüntüləri yayıb. 

Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işləri sürətlə davam etdirilir. Artıq magistralın 16-30-cu km-lik hissəsində təmir-bərpa işlərinin 1-ci hissəsi bitir. Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, magistralın təmir-bərpa işləri aparılan 14 km-lik hissəsinin yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlər də sökülərək beton arakəsmələrlə əvəzlənir. Bir istiqamət üzrə işlər bitəndən sonra digər istiqamətdə yenidənqurma işlərinə başlanılacaq.

ElMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook