"BakuBus" qadın sürücünün öldüyü qəzadan video yayıb
2017-01-11 18:16:00
"BakuBus" qadın sürücünün öldüyü qəzadan video yayıb

"BakuBus" MMC yanvarın 9-da ölümlə nəticələnən yol qəzası ilə bağlı video yayıb.

Açıqlamada bildirilir ki, yanvarın 9-da Binəqədi rayonunun C.Xəndan küçəsində “BakuBus”a məxsus 6 saylı marşrut avtobusu ilə vətəndaşa məxsus avtomobilin toqquşması nəticəsində baş vermiş yol hərəkəti qəzası ilə bağlı bir sıra mətbuat orqanlarında reallıqdan uzaq, gerçəkliyi əks etdirməyən məlumatlar yer almaqdadır. Hətta bəzi sayıtlar hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırmasını gözləmədən nəticə çıxararaq, "Baku Bus"un avtobusu ağır qəza törətdi” başlıqlı yazılarla avtobus sürücüsünü, daşıyıcı şirkət olaraq “BakuBus”u ittiham etmiş, ictimaiyyətdə hadisə ilə bağlı məqsədyönlü olaraq yalnış rəy formalaşdırmağa cəhd edib.
Yayılan məlumatların gerçəkliyə uyğun olmadığını göstərmək üçün hadisənin görüntüsünü təqdim edirik.
Eyni zamanda “Bakubus” olaraq bu saytlardan həqiqətə uyğun olmayan, uydurma məlumatları yaydığı üçün həmin məlumatların təkzib edilməsini və bir daha bu kimi reallıqdan uzaq məlumatların yayılmasından qətiyyətlə imtina etməsini tövsiyə edirik.

Xatırladaq ki, həmin qəzada "Nissan Qashqai" avtomobilin 1967-ci il təvəllüdlü qadın sürücüsü həlak olub. 

ELMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook