Belə xəbər başlığı etikaya sığırmı?
2021-02-05 19:17:00
Belə xəbər başlığı etikaya sığırmı?

Onlayn mediada oxucu diqqətini cəlb etmək üçün əsas məqamlardan biri xəbər başlıqlarıdır.

Buna görə saytlar ən "cəlbedici" sərlövhələr yazmaqla xəbərə klik gətirməyə çalışırlar. Belə başlıqlardan biri də bu gün qarşımıza çıxdı. "Şirvanda Durnanı boğub öldürüblər". 
Xatırladaq ki, bu gün prokurorluq Şirvanda Durna Dadaşova adlı qadının meyitinin aşkarlandığı barədə məlumat yayıb. Həmin materiala saytlardan birinin verdiyi başlıq belə olub. Maraqlıdır ki, xəbərdə qadının necə öldürüldüyü yazılmayıb. Amma başlıqda "boğub" qeyd edilib. Eyni zamanda insan və heyvan adı arasında "oyun" çıxarmaqla diqqət cəlb etmək (özü də ölmüş bir şəxslə bağlı) etikadan çox uzaqdır.
Azərbaycan mediası klikbeytdən çox istifadə edir. Belə başlıqlarla rastlaşdıqca sizinlə bölüşəcəyik. 

Maraqlı xəbər, foto və videolarınız varsa, bizə göndərin dərc edək: https://elmedia.az/xeber-gonder

ElMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook