Bir gənc otaq bitkilərinin davranışını çəkdi - <span style="color:#ff0000">Nəticə təəccübləndirdi</span>
2020-12-05 13:41:00
Bir gənc otaq bitkilərinin davranışını çəkdi - Nəticə təəccübləndirdi

Evində bitkilər saxlayan türkiyəli gənc Berat otaqda kamera quraşdıraraq onların davranışını çəkmək qərarına gəlib. 

Nəticə isə çox maraqlı olub. O, bir neçə dəfə fikir verib ki, otaqdakı güllərdən biri yarpaqlarının istiqamətini dəyişir. Qərara alıb ki, kamera ilə bitkilərin nə işlə məşğul olduqlarını qeydə alsın. 

Məlum olub ki, bitkilər gün şüaları istiqamətində hərəkət edirlər. Bu da bir daha əyani göstərir ki, bitkilər də canlı varlıqlardır. Sürətlənmiş videoda yarpaqların necə hərəkətli olduğunu aydın görmək mümkündür. Bu bitkilər açıq havada deyil, otaqdadır, yəni külək yoxdur. 

Gəlin baxaq. 

Sizin də maraqlı videolarınız varsa, buradan bizə göndərə bilərsiniz. 

ElMedia

Mənbə: travelask.ru




Video

Video yüklənir...

Bizi izləyin

Facebook