Bir qadın intihar etmək istədi - VİDEO
2021-02-22 15:38:00
Bir qadın intihar etmək istədi - VİDEO

Bakıda bir qadın intihar etmək istəyib. 

Hadisə Qara Qarayev metrostansiyası yaxınlığında qeydə alınıb. Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətt”inə məlumat veriblər. Bildirilir ki, yaşı təxminən 35 olan Aynurə adlı qadın Əli Vəliyev 7 ünvanında yerləşən 9 mərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyib. 

Əraziyə Nizami rayonu Polis İdarəsinin 25-ci polis bölməsinin əməkdaşları cəlb olunub. Qadın polis əməkdaşlarının səyi nəticəsində fikrindən daşındırılıb və xilas edilib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, son bir neçə gündə artıq bir neçə qadın intihar edib. 

ElMedia

 

 

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook