Boeing-dən "ağıllı" dronlar  dəstəsi
2020-12-26 12:53:00
Boeing-dən "ağıllı" dronlar dəstəsi

Boeing şirkəti təyyarə tipli 3-4 metrlik dron dəstələrini sınaqdan keçirib. 

Yeni sistem klassik avtopilotlar və avtonom naviqasiya alqoritmlərindən fərqlənir. Belə ki, bu dronları proqramlaşdırmaqla yanaşı, "öyrətmək" də olur. Onlar havada olarkən ətrafda baş verənlərə adekvat reaksiya verə bilirlər. Dronların sürəti saatda 270 km-ə çatır. Sınaqlar zamanı dronlar havada bir-birlərinin hərəkətini izləyərək qarşılıqlı hərəkət edib. Burada əsas məqsəd "dəstədə" yeni davranış sistemini tətbiq etməkdir. Belə sistemləri digər pilotsuz uçuş aparatlarında da tətbiq etməyin mümkünlüyü bildirilir. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook