Böyükşor gölünün 36 ildə dəyişməsi - Əvvəl və indi
2022-02-14 16:07:00
Böyükşor gölünün 36 ildə dəyişməsi - Əvvəl və indi

Böyükşor gölü Ab.eron yarımadasının mərkəzində yerləşir. 

Yarımadanın ən böyük su hövzələrindən biridir və şor sulu göllər qrupuna aiddir. Gölə uzun illər ərzində neft məhsulları və çirkab suları axıdılıb. Gölün ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün Prezident İlham Əliyev 2013-cü ilin dekabrında sərəncam imzalayıb. Sənəd gölün təmizlənməsi, ora çirkab suların tökülməsinin qarşısını alınması və digər tədbirləri nəzərdə tutur. 2-15-ci il mayın 22-də göl ətrafında bulvar və parkın açılışı olub. Bunun nəticəsində 15 hektar ərazi təmizlənib. Gölə 76 mənbədən çirkab sular axıdılırdı, onların sayı 20-yə endirilib.

Google Earth vasitəsilə Böyükşor gölündə 36 il ərzində baş verən dəyişiklikləri görmək mümkündür. Onun əsasən çirkab olan əraziləri qurudulub, bəndə vasitəsilə təbii hissəsindən ayrılıb. Gölün təbii hissələri əvvəlki vəziyyətlə müqayisədə təmizlənib. Bu proses davam etdirilir. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook