Bu gün təhsillə bağlı verilən qərarlar - SİYAHI
2021-01-22 13:19:00
Bu gün təhsillə bağlı verilən qərarlar - SİYAHI

Bu gün təhsil naziri Emin Əmrullayev brifinq keçirib və təhisilin açılması ilə bağlı qərarları açıqlayıb. Həmçinin Nazirlər Kabineti də bununla bağlı qərar verib.
Bu gün təhsillə bağlı verilən qərarları diqqətinizə çatdırırıq.
✔️Fevralın 1-dən tədris və təlim-tərbiyə prosesi əyani formada təşkil olunacaq 
✔️Fevralın 1-dən Bakı, Sumqayıt, Abşeronda ibtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli bərpa ediləcək
✔️Böyük şəhərlərdə dərslər həftədə 3 dəfə olacaq
✔️Sıxlıq az olan rayonlarda dərslər həftədə 4 ya 5 dəfə nəzərdə tutulur
✔️Fevralın 1-dən sonrakı iki həftə ərzində metronun açılacağı təqdirdə 5-9-cu siniflərdə tədrisə başlanılması barədə qərar qəbul olunacaq
✔️Ali təhsil müəssisələrində də təhsilin qismən bərpası barədə də qərar veriləcək
✔️Repetitorluğa fevralın 1-dən icazə veriləcək
✔️Teledərslər tədris ilinin sonuna qədər davam edəcək
✔️Uşaq bağçalarının açılması ilə bağlı qərar növbəti iki həftə ərzində veriləcək
 
ElMedia
 
 
 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook