Daha bir hərbçi intihar edib
2021-01-09 18:45:00
Daha bir hərbçi intihar edib

Daha bir hərbçi intihar edib. 

Sosial şəbəkələrdə yayılan məlumata görə,  24 yaşlı Yunis Mənsurov özünə qəsd edib. O, dekabrın 30-da tərxis olunub, 2 gün öncə isə intihar edib. 

Məlumatı Zeynəb Alıyeva adlı sosial şəbəkə istifadəçisi öz Facebook hesabında toy şəkli paylaşaraq yazıb: "Müharibə bitib, travmaları isə belə tez bitməyəcək görünür. Qız tanışdır. Yoldaşı srağagün qayıdıb, dünən isə intihar edib. Gəldiyi gün ancaq müharibədə olanları sayıqlayırmış. Müharibə həm də insanların ruhunu yaralayıb".

Sputnik.az məlumatın Müdafiə Nazirliyi tərəfindən təsdiqləndiyini yazır. 

Xatırladaq ki, bir neçə gün öncə daha bir müharibə iştirakçısı Vüsal Musayev də intihar edib. 

ElMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook