Əfv olunanların siyahısı - 475 nəfər azadlığa buraxılıb
2021-03-18 18:55:00
Əfv olunanların siyahısı - 475 nəfər azadlığa buraxılıb

Prezident İlham Əliyev əfv haqqında Sərəncam imzalayıb. 

Sənədə əsasən 475 nəfər azadlığa buraxılıb, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər cəzadan azad edilib,  azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 3 nəfər cəzadan azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, islah işləri cəzasına məhkum edilmiş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, cərimə cəzasına məhkum edilmiş 23 nəfər cəzadan azad edilib. 

 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook