Elman Rüstəmov manatın məzənnəsinin dəyişməyəcəyini deyib
2021-03-30 16:45:00
Elman Rüstəmov manatın məzənnəsinin dəyişməyəcəyini deyib

Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib ki, partnyor ölkələrin iqtisadiyyatında və maliyyə sistemində baş verən proseslər daim Azərbaycan Mərkəzi Bankının (AMB) diqqət mərkəzindədir.

"Ölkədə makroiqtisadi sabitlik, o cümlədən valyuta bazarında tarazlıq qorunur və dollarlaşmanın azalması müşahidə edilir. Neftin dünya qiymətinin artmağa meyl göstərməsi tədiyə balansını və gözləntiləri yaxşılaşdırmaqla valyuta bazarında sabitliyə müsbət təsir edir. Qeyd olunanları nəzərə alaraq Türkiyə lirəsinin ucuzlaşmasının Azərbaycan manatının məzənnəsinə təsiri gözlənilmir. Valyuta bazarında tarazlığı və mövcud makroiqtisadi sabitliyi qorumaq üçün ölkənin kifayət qədər maliyyə resursları var".

Türkiyə lirəsinin ucuzlaşmasının Azərbaycan manatının məzənnəsinə təsiri gözlənilmir

 

 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook