Erməni öz generallarına: "Qorxaqsız, bunkerdə gizlənmişdiz" VİDEO
2021-03-05 20:23:00
Erməni öz generallarına: "Qorxaqsız, bunkerdə gizlənmişdiz" VİDEO

Ermənilər ölkələrində baş verənlərlə bağlı fikirlərini bölüşürlər. 

Bir hissə hərbçiləri dəstəkləyir, digərləri isə hökuməti istefaya çağıran baş qərargahın generallarını tənqid edir. Onlardan biri də generalları canlı efirdə sərt tənqid edib. O deyib ki, əgər generalın böyük evi varsa, o, general deyil, oğrudur.

"Talançısan. Siz adam deyilsiz. Hələ də Qarabağda nə qədər əsgərin qalıqları tapılmayıb. Generallar isə siyasətlə məşğuldur. Sizin əsgərlər tapılmayıb. Sizin əsgərlər əsirdirlər. Siz isə siyasətə girişirsiz? Siz belə vuruşmusuz 44 gün? Siz ona görə qəzəblisiz ki, minlərlə cinayət işi var sizinlə bağlı. Çünki siz qarnınızı enlətməklə məşğul idiz. Əsgərləri postlarda qoyub özünüz bunkerlərdə oturmuşduz. Arıqlamaq lazım idi, bunkerdə oturmaq yox".

ElMedia 

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook