Erməni uşaqlar vətənlərinin Azərbaycan olduğunu deyirlər
2021-04-14 12:48:00
Erməni uşaqlar vətənlərinin Azərbaycan olduğunu deyirlər

Qarabağ müharibəsindən sonra doğulan erməni uşaqlar vətənlərinin Azərbaycan olduğunu deyirlər. 

Sputnik Ermənistan agentliyi 1988-1989-cu illərdə Azərbaycandan köçən ermənilər barədə reportaj hazırlayıb. Yazıda ermənilər Azərbaycanda qalan evlərinin sənədlərinin olmadığını deyirlər. Onlar bildirirlər ki, Ermənistanda kompakt yaşayan azərbaycanlı kəndləri ilə evlərini mübadilə ediblər. Bura Şəmkirin Çardaxlı (hazırda Çənlibel adlanır), Xanlar (hazırda Göygöl rayonu) rayonu, Kirovabadda (hazırda Gəncə) yaşayan ermənilərdən söhbət gedir. 

Jurnalist söhbət etdiyi ailələrin Qarabağ müharibəsindən sonra doğulan uşaqlarından vətənləri barədə soruşub, onlar isə Azərbaycanın yaşayış məskənlərinin adlarını çəkiblər. 

Yazıda ermənilərin guya Ermənistandan çıxarılan azərbaycanlılara kompensasiya verildiyi deyilsə də məlumdur ki, yalnız çox az sayda insanlar evlərini mübadilə edə biliblər. Azərbaycanlıların bir çoxu uzun müddət məcburi köçkün kimi yaşamalı olub. Ümimilikdə Ermənistandan 250 min nəfər deportasiya edilib, 226 nəfər ermənilər tərəfindən qətlə yetirilib. Azərbaycanlıların orada olan böyük evləri və torpaq sahələri Bakıda və digər şəhərlərdə yaşayan ermənilərin bina evlərindəki mənzilləri ilə başabaş dəyişdirilmişdi. Azərbaycanlılara dəyən ziyan təxmini hesablamalara görə 20 milyard dollar dəyərindədir.  

ElMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook