Ermənilər öz istehsalı olan zərbə dronunun şəklini yayıblar.
Davaro şirkətinin sahibi olan Daviq Qaloyan öz səhifəsində mülki drona bənzər PUA-nı təqdim edərək bildirib ki, onun üzərinə mərmi bağlayıb piyada əleyhinə istifadə etmək olar. Bu cür primitiv dronlardan ermənilər çox istifadə etməyə çalışıblar. Lakin Azərbaycan Ordusunun ixtiyarında olan radio mübarizə vasitələri ilə onları rahat ələ keçirmək və ya havada sıradan keçirmək olur. Belə hallar həm müharibədən öncə, həm də müharibə dövründə çox olub.
Ermənistan İkinci Qarabağ müharibəsində Azərbaycana məxsus dronlardan güclü zərbələr aldıqdan sonra bu sahəni inkişaf etdirməyə çalışırlar. Lakin görünən odur ki, hələ də primitiv səviyyədə qalan erməni hərbi sənayesi bu cür vasitələrlə ölkələrində iş görürmüşlər görüntüsü yaradır.
ElMedia