Ermənipərəst rusiyalı jurnalist - <span style="color:#ff0000">Gəlin etiraf edək</span>
2020-11-10 18:50:00
Ermənipərəst rusiyalı jurnalist - Gəlin etiraf edək

"Komsomolskaya pravda" qəzetinin müxbiri, ermənipərəstliyi ilə seçilən Aleksandr Kots Azərbaycan Ordusunun gücünü etiraf edib. 

Bu gün, Ermənistanın təslimçilik bəyanatından sonra yazdığı məqalədə Kots qeyd edir ki, hələ müharibənin əvvəlində Paşinyan deyirdi ki, könüllü döyüşə gedəcək, onun arvadı Anna Akopyan könüllü qadın dəstələri yaradırdı. Amma reallıq isə başqadır. 

"Bu günlərdə mən Azərbaycan Müdafiə Nazirliyinin zərbə PUA-larının erməni qoşunlarına ard-ardınca zərbələrin endirildiyi əks olunan saysız-hesabsız videoçarxlarına baxmışam. Dronların sayı yüzlərlədir. Kiçik, böyük, kamikadze dronlar və güclü zərbə dronları. İsrail və Türkiyə istehsalı.. Bakı sursata qənaət etmirdi", - deyə o yazır. 

Jurnalist əməliyyatların birinci iki həftəsini canlı olaraq münaqişə zonasında izləyib. "Azərbaycanın pilotsuz aviasiyası Qarabağda havadan müdafiə sistemini elə günə qoymuşdu ki, havada üstünlük açıq-aydın hiss olunurdu. Kamikadze drondan qaçmaq üçün mən bütün Stepanakerti (Xankəndi - red.) qaçmalı olurdum. Heç də yaxşı hisslər deyil... Bu dronun motorunun artan, qorxunc səsi insanı özündə yeni fiziki imkanlar kəşf etməyə məcbur edir. Gəlin bir faktı etiraf ki, Azərbaycan 90-cı illərdə Qarabağdakı məğlubiyyətdən sonra 30 ilə yaxın revanşa hazırlaşıb. O, yeni hərbi texnika alırdı, yeni texnologiyaları tətbiq edirdi, güclü orduların, o cümlədə Rusiya və Türkiyənin yeniliklərini izləyirdi, kiçik gərginliklərlə Qarabağın müdafiəsini yoxlayırdı. Ermənistan isə əvvəlki qələbənin dadını çıxarmaqla məşğul idi, çoxvektorluluq oyunu oynayırdı, az qala Rusiya hərbi bazasını Gümridən çıxarılmasını istəyirdi". 

 ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook