Ermənistanda nə baş verir - Bu saata olanlar
2021-02-25 14:11:00
Ermənistanda nə baş verir - Bu saata olanlar

Ermənistanda son baş verənlər

- Bu gün ordunun baş qərargahı bəyanat yayaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Bir gün öncə baş qərargah rəisi Tiran Xaçatryan vəzifəsindən azad edilib.
- Nikol Paşinyan bu bəyanatı hərbi çeviriliş cəhdi adlandırıb və tərəfdarlarını Respublika meydanına saat 16.00-da toplaşmağa çağırıb. O, mitinqdə çıxış edəcək.
- Nikol Paşinyan baş qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi ilə bağlı qərar imzalayıb.
- Paşinyan Facebook-da canlı yayım zamanı hərbçilərin onlara veriləcək bəzi suallardan yayındıqlarını, onların müharibə ilə bağlı nələrisə gizlətdiklərini deyib. O, siyasi dairələrlə bəzi yüksəkvəzifəli hərbçilər arasındakı əlaqələrin aydınlaşdırılmalı olduğunu söyləyib.
- Ermənistanın müxalif qüvvələri isə "ordu xalqla birdir" şüarı ilə əhalini Paşinyana qarşı saat 15.00-da Azadlıq meydanına toplaşmağa çağırıb.
- Rusiya baş verənləri Ermənistanın daxili işi adlandırıb və hadisələri izlədiyini deyib.
- Paşinyan artıq tərəfdarlarının qarşısına çıxıb

 


 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook