Ermənistanda türk casusu ovu
2021-01-17 11:41:00
Ermənistanda türk casusu ovu

Dünəndən Ermənistan mətbuatı parlamentin spikeri Ararat Mirzoyanın Türkiyəyə işləyən casus olduğunu yazır.

Hər şey Ermənistanın Vatikandakı sabiq səfiri, əvvəlki prezident Serj Sarqsyanın kürəkəni Mikayel Minasyanın bir sənədi açıqlamasından sonra başlayıb. 

İddiaya görə, Ararat Mirzoyan bu məktubda Ermənistanın Milli Təhlükəsizıik Xidməti ilə əməkdaşlıq edəcəyi barədə öhdəlik götürür. Sənəd 2017-ci ildə imzalanıb. Minasyan sənədin həqiqi olduğunu, imzanın da eyniyyət təşkil etdiyinu deyir. 

Çox keçmir ki, Mirzoyan bunu təkzib edərək Minasyanı məhkəmə ilə hədələyir. Həmçinin Milli Təhlükəsizlik Xidməti də məlumatın yalan olduğunu söyləyir. 

Amma bu, Mirzoyana qarşı əsas ittihamın başlanğıcıdır. Minasyan iddia edir ki, Mirzoyan 2005-ci ildə Türkiyə xüsusi xidmət orqanları tərəfindən məxfi fəaliyyətə cəlb edilib. Lakin Ermənistan MTX-sı bunu ifşa etdikdən sonra Mirzoyanı özü "verbovka" edib. 

Bir sözlə, Ermənistanda hakimiyyəti devirmək üçün xain və türk casusu mövzusu vüsət alıb. Maraqlıdır ki, bu informasiya fonunda sabiq prezident Robert Köçəryanın baş nazir kimi ölkəyə daha çox xeyir verəcəyi ilə bağlı replikalar atılır. Belə replikaların müəllifləri isə əsasən Rusiyada yaşayan tanınmış ermənilərdir. Onlardan biri elə mediamaqnat Aram Qabrielyandır. Diqqəti cəlb edən həm də Sputnik Armeniya mətbu orqanının hazırkı Ermənistan hakimiyyətinə qarşı canfəşanlığa başlamasıdır. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook