Fiziki təzyiqdən qorxan qadın qaçmaq istədi - Polis araşdırır
2021-05-16 17:25:00
Fiziki təzyiqdən qorxan qadın qaçmaq istədi - Polis araşdırır

Sosial şəbəkələrdə bir qadının fiziki təzyiqə məruz qalması götüntüləri yayılıb. 

Daxili İşlər Nazirliyi həmin şəxslərin kimliyini müəyyən edib. 

Hadisə mayın 16-da Nəsimi rayonu Cavadxan küçəsində qeydə alınıb.  

Araşdırmalarla müəyyən olunub ki, “Volksvagen” markalı avtomobilin sürücüsü əvvəllər tanıdığı 32 yaşlı qadınla avtomobildə mübahisə edib. Avtomobildən uzaqlaşmağa çalışan qadını sürücü yenidən maşına qaytararaq, mübahisəni davam etdirib. Hər iki şəxs keçirilən müvafiq tədbirlərlə müəyyən olunaraq Nəsimi RPİ 19-cu Polis Şöbəsinə dəvət ediliblər. 

Hazırda Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək.

ElMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook