Fransa diz üstə  yeni növ müharibə memarlarına yalvarmalıdır <span style="color:#ff0000">Azərbaycan və Türkiyəyə</span>
2020-11-29 13:31:00
Fransa diz üstə yeni növ müharibə memarlarına yalvarmalıdır Azərbaycan və Türkiyəyə

Fransa Azərbaycan və Türkiyəyə yalvarıb ən müasir müharibə aparmaq təcrübəsini bölüşməyi xahiş etməlidir. 

"Anti-colorados" nikyemli məşhur hərbi bloger və ekspert son şərhlərinin birində Azərbaycan və Türkiyəni yeni müharibə aparmaq növünün memarları adlandırır. Fransa Senatının qondarma Qarabağ respublikasının tanınması ilə bağlı qərarına münasibətdə bloger Fransanın acıq və kin göstərməkdənsə, Türkiyə ilə yaxınlaşmalı olduğunu qeyd edir.

"Fransa və Almaniya yaxın perspektiv üçün yeni nəsil silahlanmaya 10 milyardla avroya yaxın vəsait xərcləməlidirlər. İki ölkə arasında razılaşma var. Yeni nəsil təyyarə və tanklar hazırlanmalıdır. Təyyarələri Fransa, tankları isə Almaniya öz üzərinə götürüb. Amma baxın, müharibə yanaşması Azərbaycan timsalında necə dəyişdi. Azərbaycan Türkiyə dronları ilə Ermənistanın 60-80 faiz ağır texnikasını məhv etdi. Fransanın isə nə bu qədər dronu, nə də belə müharibə aparmaq təcrübəsi var. Halbuki onlar indiki vəziyyətdə tanklara xərcləmək istədikləri milyardlarla avro mənasız görünür. Azərbaycanda dronlarla tankların toqquşması baş verdi və nəticədə tanklar uduzdu. Sülh olmasaydı, Ermənistanın tankı qalmayacaqdı. Belə olan halda bu iki ölkə ilə münasibətləri pozmaqla Fransa böyük təcrübədən məhrum olur. Makron Ərdoğanla Əliyevin əlini sıxmalıdır. Ən azından onlar qalibdirlər. Fransa yeni müharibə aparmaq memarları qarşısında diz üstə dayanaraq təcrübəni bölüşməyi xahiş etməlidirllər. Çünki Fransa və Almaniyanın sabahkı müharibə üçün hazırlamaq istədikləri tanklar artıq dünənki gündür. Yeni növ müharibə təcrübəsi heç kimdə yoxdur". 

Bloger bildirir ki, müharibənin dayandırılması ilə bağlı sənədin imzalanması Makronda acıq yaradıb. Amma bu siyasətçi ölkəsinin maraqlarını düşünməkdənsə, özünün küskünlüyü ilə hərəkət edərək Fransanı pis vəziyyətə saldı. Senat çox mənasız bir qərar qəbul edib ki, bu da heç nəyi dəyişmir, əksinə hazırda müdafiə və hərbi sahələrdə gedən proseslərdən Fransanı kənarda qoyur. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook