"İsgəndər"lə bağlı daha bir iddia - Bakıya atılıb və "Barak-8" raketi ilə vurulub
2021-03-02 20:21:00
"İsgəndər"lə bağlı daha bir iddia - Bakıya atılıb və "Barak-8" raketi ilə vurulub

Vətən müharibəsi zamanı Ermənistan noyabrda Azərbaycana "İsgəndər" raketi atıb, amma Azərbaycan onu İsrail istehsalı olan Barak-8 raketi ilə vurub. 

"Middle East Eye" nəşri yazır ki, bu barədə onlara yüksək vəzifəli məmur məlumat verib. Lakin həmin şəxs barədə digər məlumatlar göstərilmir. Mənbə deyib ki, Rusiya Ermənistanı "İsgəndər" raketindən istifadə etməyə çağırıb ki, sürətlə irəliləyən Azərbaycanı sülhə getməyə məcbur etsin. Adı çəkilməyən şəxs deyib ki, "İsgəndər" ballistik raketi atəşkəsdən öncə Bakıya doğru atılıb. Lakin Azərbaycanın arsenalında olan İsrail istehsalı Barak-8 havadan müdafiə sistemi onu məhv edib. 

Azərbaycan Barak-8 havadan müdafiə sistemini 2018-ci ildə sınaqdan keçirib. Orduda 12 belə qurğu və 75 raketin olduğu bildirilir.

Xatırladaq ki, bu yaxınlarda Nikol Paşinyan "İsgəndər" raketlərindən gileylənərək onların partlamadığını demişdi. Sonradan o, fikrindən daşınaraq ona düzgün məlumat verilmədiyini söylədi. 

ElMedia 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook