İŞİD-in türk əsgərlərini yandırması - Montaj yoxsa real edam
Bu gün səhərdən etibarən İŞİD-in iki türk əsgərini yandırması ilə bağlı video sosial şəbəkələrdə geniş yayıldı.
Xəbər həm Azərbaycan, həm də Türkiyədə böyük hiddətlə qarşılandı. Türkiyədə sosial şəbəkələrə girişlərin məhdudlaşdırılması xəbəri də yayıldı.
İŞİD-ə məxsus olduğu bildirilən 19 dəqiqəlik videoda həm də İŞİD yaraqlılarının döyüşlərindən anlar göstərilir. Yalnız 12 dəqiqədən sonra iki türk əsgərinin yandırılması səhnəsi nümayiş olunur.
İŞİD-in bu yolla Türkiyəyə və türk əsgərlərinə psixoloji təzyiq göstərmək istəməsi aydındır. Eyni zamanda bu "edamın" nə qədər həqiqətə uyğun olduğu da şübhələr yaradır.
Sosial şəbəkələrdə artıq bir çoxları bununla bağlı fikirlərini paylaşırlar.
Yakılarak İNFAZ edilen 2 Türk Askeri videosu YALAN!
Askerler Türk askeri değil..
Servis eden ABD taşeronu DAEŞ,
Yayan FETÖ,PKK
İŞİD-in belə görüntüləri yaymağının səbəbi qorxu effekti əldə etməkdir. İnternetdə bir müddət əvvəl belə səhnələrin necə çəkilməsi ilə bağlı video da yayılmışdı.