Kəlbəcərin boşaldılması üçün verilən vaxt uzadıldı - <span style="color:#ff0000">Noyabrın 25-dək</span>
2020-11-15 15:27:00
Kəlbəcərin boşaldılması üçün verilən vaxt uzadıldı - Noyabrın 25-dək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladığı birgə bəyanatın icrası istiqamətində işlər davam etdirilir. Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib.
Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev noyabrın 15-də keçirilən brifinqdə deyib.
“Bəyanatın tələblərindən biri ermənilərin noyabrın 15-dək Kəlbəcərdən çxarılması idi. Lakin Ermənistan tərəfi Rusiya vasitəsilə bu vaxtın uzadılması üçün müraciət edib. Hava şəraiti çətinləşir, o istiqamətdən yalnız bir yol var və yolun ötürücülük qabiliyyəti aşağıdır. Azərbaycan bunu nəzərə alaraq, humanistlik nümayiş etdirib və Kəlbəcərdə yerləşdirilmiş mülki əhalinin noyabrın 25-dək çıxarılmasına razılıq verib. Öhdəliklər qüvvədə qalır, vaxtın uzadılması ilə bağlı xüsusi bəyanat imzalanmasına ehtiyac yoxdur”. 
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin noyabrın 20-də Ağdamdan, dekabrın 1-dək isə Laçından çıxarılması nəzərdə tutulur.




Video

Video yüklənir...

Bizi izləyin

Facebook