Köçəryan Qarabağda yeni müharibədən danışır
2021-03-04 18:31:00
Köçəryan Qarabağda yeni müharibədən danışır

Ermənistanda hakimiyyətə gəlmək istəyən sabiq prezident Robert Köçəryan mətbuat konfransı keçirib.

O, ölkədəki daxili vəziyyət və Qarabağla bağlı danışıb. Son günlərdə Rusiya mediası və sosial şəbəkələrdəki blogerlər Köçəryanın xeyrinə təbliğat aparır, informasiya dəstəyi göstərir. Onun mətbuat konfransında Paşinyan hakimiyyətini gözdən salmaq, özünə xalq xal qazanmaq üçün dediyi bəzi fikirləri qeyd edirik:

✔ İstisna etmirəm ki, müharibədəki məğlubyyət planlaşdırılıb

✔ Hazırkı hakimiyyətin xalq arasında dəstəyi azdır

✔ Qarabağla bağlı üçtərəfli razılaşma bağlanandan sonra hakimiyyət dərhal istefa verməli idi

✔ Prezident Armen Sarkisyan daha qətiyyətli şəkildə mövqeyini bildirməlidir

✔ Qarabağda ədalətsiz sülh yeni müharibəyə gətirib çıxaracaq

✔ Putinlə birbaşa əlaqəm olmayıb, amma digər kanallar vasitəsilə Qarabağla bağlı vəziyyətlə əlaqədar fikirlərimi çatdırmışam

✔ Ekspertlər Ermənistan ordusunun bərpasına təxminən 3 milyard dollar lazım olacağını deyirlər


ElMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook