Laçın dəhlizindən keçmək istəyən xaricilər Azərbaycandan akkreditasiya almalıdır
2021-02-06 19:08:00
Laçın dəhlizindən keçmək istəyən xaricilər Azərbaycandan akkreditasiya almalıdır

Ermənistan vasitəsilə Laçın dəhlizindən Azərbaycana xarici media nümayəndələri və vətəndaşları akkreditasiyasız buraxılmır.

Bu barədə Ermənistanın Vatikandakı sabiq səfiri Mikael Minasyan yazıb:

"Bir neçə gün öncə Fransadan Ermənistana sabiq merlərdən birinin rəhbərliyi ilə bir qrup jurnalist, ictimai xadim gələrək Artsaxa getmək və oradakı vəziyyəti gözləri ilə görmək istəyiblər. Onlara rəsmi akkredtaisya verilib və onlar yola düşüblər. Laçında onları sülhməramlılar saxlayıb və soruşublar? - Hara gedirsiniz? Jurnalistlər deyiblər ki, Artsaxa gedirik və akkreditasiyanı göstəriblər. Sülhməramlılar onlara girişi qadağan edib və deyiblər ki, siz Azərbaycana daxil olursunuz və Ermənistanda aldığınız akkreditasiya qüvvədə deyil. Əgər bu əraziyə daxil olmaq istəyirsinizsə, akkreditasiyanı Azərbaycandan alın. Onlar da geri İrəvana qayıdaraq Fransa səfiri Conatan Lakotaya danışıblar. O da qeyri-rəsmsi şəkildə Nikolla danışıb. Nikol isə ona deyib ki, bəli, yanvarın 11-də biz razılaşdıq ki, beynəlxalq media akkreditasiyanı Azərbaycandan almalıdır".
 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook