Layk yığmaq üçün çəkilən video üzrlə bitdi - SŞ-də reaksiyalar gəldi VİDEO
2021-05-05 11:56:00
Layk yığmaq üçün çəkilən video üzrlə bitdi - SŞ-də reaksiyalar gəldi VİDEO

Layk yığmaq üçün çəkilən video üzrlə bitdi.

DİN mağazada məhsullara qəsdən ziyan vuraraq bunu videoya çəkib yayanları saxlayıb. Məlumatda bildirilir ki, bir neçə gün əvvvəl marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkib sosial şəbəkələrdə paylaşanların şəxsiyyəti müəyyən edilib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxslərin Bakı şəhər sakinləri Rüstəm Orucov və Xəyalə Vəliyeva olduqlarları məlum olub. Onlar polis orqanına gətirilib və həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb, o cümlədən mağazaya dəymiş maddi ziyan ödətdirilib.
R.Orucov və X.Vəliyeva törətdikləri əməldən peşman olduqlarını bildiriblər.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, saxlanılan Rüstəm Orucov "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti" rəisinin hərbi xidmətə çağırış üzrə keçmiş müavini olmuş general-mayor Novruzəli Orucovun oğludur.

Rüstəm Orucov bundan öncə isə 2017-ci ildə dostları ilə birlikdə Bakıda ona yol verməyən avtobus sürücüsünü döymüşdü. Bu hadisədən sonra Novruzəli Orucov prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib. Məhkəmənin hökmü ilə Rüstəm Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

İstifadəçilər bu şəxslərin əməlini kəskin tənqid ediblər. 





ElMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook