Lukaşenko və Sarkisyanın söhbətinin səs yazısı - <span style="color:#ff0000">Titrlə</span>
2020-12-08 05:58:00
Lukaşenko və Sarkisyanın söhbətinin səs yazısı - Titrlə

Belarus Prezidenti Aleksandr Lukaşenko və Ermənistanın sabiq prezidenti Serj Sarkisyan arasında Qarabağ məsələsinin həlli ilə bağlı söhbətin səs yazısı yayılıb. 

Lukaşenko Sarkisyanı məsələni həll etməyə çağırır, amma o, bundan imtina edir. Ona hətta 7 rayonun qaytarılması üçün 5 milyard ödəniş də veriləcəyini deyir, o isə bunu etməyəcəyini deyir. Lukaşenko isə Sarkisyana problemi həll etmək istəmədiyini bildirir. 

Bu söhbət bir daha sübut edir ki, erməni tərəfi heç vaxt Qarabağı və 7 rayonu işğaldan azad etmək niyyətində olmayıb. Prezident İlham Əliyev bunu dəfələrlə vurğulayıb, lakin beynəlxalq ictimaiyyət buna məhəl qoymayıb. Nəhayət Azərbaycan Ordusu torpaqları işğaldan azad edib. İndi isə baxaq Ermənistan qazana biləcəyi halda, dəfələrlə ondan çox itirdi. Ordusu darmadağın, iqtisadiyyatı acınacaqlı, siyasi vəziyyət gərgin. İlham Əliyev çıxışlarının birində məhz Köçəryan və Sarkisyana "sizin işğalçı ordunuzu darmadağın etdik" deməklə məhz onların işğalı illərlə uzatmasını vurğulayıb. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook