Mars ətrafında tıxac
2021-02-09 14:51:00
Mars ətrafında tıxac

Bu günlər Mars planeti ətrafında "tıxac" yaranıb. 

Birləşmiş Ərəb Əmirliklərinin ötən ilin iyulunda bu planetə göndərdiyi peyki artıq onun orbitinə çatıb. Kosmik aparat hələlik planetin atmosferini müşahidə edəcək və məlumat toplayacaq. "Amal" adlı peyk 482 milyon kilometr məsafəni 7 aya qət edib. 

Elə bunun ardınca sabaha Çinin Mars aparatı orbitə çatmalıdır. Bu peykin məqsədi isə planetin səthi üzərinə eniş etmək və orada qədim həyat əlamətlərini axtarmaqdır. 

Növbəti həftə isə bu aparatlara ABŞ-ın "Perseverance" tədqiqatçısı qoşulacaq. Aparat Marsın səthinə fevralın 18-də eniş etməlidir. Onun məqsədi planetdəki süxurlardan nümunələri Yerə gətirməkdir. 

Amma indiyədək Marsa çox missiyalar göndərilib. Onların yarıdan çoxu uğursuzluqla bitib. 

Mars uğrunda mübarizə ötən əsrin 60-cı illərində SSRİ və ABŞ arasında başlayıb. Hər iki ölkə "Qırmızı planetə" onlarla kosmik aparat göndərib. İndiyədək ən uğurlu missiya isə ABŞ-ın "Curiosity" aparatına məxsusdur. Bu Mars maşını 2012-ci ildən planetdə dolaşır və Yerə fotolar göndərir. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook