Mehriban Əliyeva Prezidenti təbrik etdi - <span style="color:#ff0000">İnstaqramda</span>
2019-12-24 01:25:00
Mehriban Əliyeva Prezidenti təbrik etdi - İnstaqramda

Birinci vitse-prezident Mehriban Əliyeva özünün İnstagram səhifəsində Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. 

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirəm!

Onun şəxsi keyfiyyətləri, bilikləri, qətiyyəti, yenilməz iradəsi, cəsarəti, məqsədyönlülüyü Azərbaycanı həmişə yeni qələbə və nailiyyətlərə doğru aparır. Onun gümrahlığı, tükənməz enerjisi və mehribanlığı hər birimiz üçün layiqli örnəkdir. 

Bu əlamətdar gündə prezidentimizə möhkəm cansağlığı, uzun ömür, gözəl əhval-ruhiyyə arzulayıram! Qoy onun güc mənbəyi olan Azərbaycan xalqının sevgisi və inamı gələcək uğurlarının rəhni olsun!", - deyə təbrikdə bildirilir. 

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook