Məktəbdən buraxılış imtahanlarının sayı azaldıldı - Yeni şərtlər
2021-03-04 18:52:00
Məktəbdən buraxılış imtahanlarının sayı azaldıldı - Yeni şərtlər

Nazirlər Kabineti məktəblərdə buraxılış imtahanlarının bir mərhələdə keçirilməsi ilə bağlı qərar qəbul edib. 

Bundan əvvəl imtahanlar iki mərhələdə keçirilirdi. Qərara əsasən, epidemioloji vəziyyət nəzərə alınaraq, imtahanların bir mərhələdə keçirilməsi zəruridir. Qərarda buna uyğun sual sayı da əks olunub. 

- tədris Azərbaycan, rus və gürcü dillərində aparılan şagirdlər  tədris dili, xarici dil və riyaziyyatdan,

-  tədris ingilis, fransız və digər dillərdə aparılan şagirdlər xarici dil və riyaziyyatdan imtahan verirlər

Sualların ümumi sayı 85-dir. 

Tədris dili - 30 sual

Xarici dil - 30 sual

Riyaziyyat - 25 sual

Buraxılış imtahanında şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır. Buraxılış imtahanını yalnız xarici dil və riyaziyyat fənlərindən verən şagirdlər üçün imtahanın davametmə müddəti 2 saatdır

İmtahanlar Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunur. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook